Sərnişindaşınmanın Ziya Məmmədovdan alınacağı xəbəri yayıldı

"Bakı Sərnişindaşınma” MMC Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi yaradılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.
Deyilənlərə görə, qurumun xidmətində "BakuBus” avtobusları və taksi faəliyyəti xidmət göstərəcək. Sərnişin avtobuslarının Nəqliyyat Nazirliyindən alınmasına səbəb kimi isə bu sahədə mövcud problemlərin uzun zamandır həll olunmaması göstərilir. Son illər avtobusların iştirakı ilə baş verən qəzalar da buna səbəb olan amillərdən biridir.
Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə yaratmağa çalışdıq. Uzun müddət mediadan qaçan qurum rəsmisi bu dəfə də müraciətimizə əhəmiyyət vermədi.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı baku.ws-ə bu barədə heç bir məlumatı olmadığını bildirdi. "Mən nəqliyyat sahəsində işləyirəm. Xəbərlərin içindəyəm, lakin bu barədə eşitməmişəm”, - deyə Şəfa Mehmanqızı bildirib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












