Sərnişinlərin nəzərinə: metropolitendə yenilik

"Sərnişin sıxlığının azalması ilə əlaqədar olaraq, Bakı Metropolitenində qatarların hərəkəti yay qrafikinə uyğun həyata keçiriləcək". Bunu APA TV-yə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, qış vaxtında metropolitendən gündə təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enib: "Yay qrafikinin qış qırafikindən fərqi odur ki, biz qışda xəttə gün ərzində 30 cüt qatar buraxırdıqsa, hazırda yay qirafikində bu say azalaraq 24-də düşüb. Bu zaman qatarlararası intervallarda da artım olur".
Nəsimi Paşayev deyir ki, hazırda metropolitendə qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki əvvəlki rejimə əsasən həyata keçirilir. Yeni qrafikin sentyabr ayına kimi tətbiq edilməsi nəzərdə tutulur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












