"Şərurlu İsfəndiyar"ın oğlu bu ittihamla tutuldu

"Şərurlu İsfəndiyar" ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundovdan yeni xəbər var.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, tikinti maqnatının oğlu Şahin Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə Şahid Axundov atasının biznesinə daxil olan çoxsaylı Mənzil Tikinti Kooperativlərindən(MTK) birinin sədri olub.
Qeyd olunur ki, Şahin Axundov sədri olduğu MTK-ya mənzil almaq üçün pul ödəmiş vətəndaşların şikayətləri əsasında tutulub.
Ona qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
Şahin Axundovun sədri olduğu MTK-da bir mənzilin bir neçə nəfərə satılması iddiaları var. İstintaqın genişlənəcəyi, MTK-nın digər rəsmilərinin də istintaqa cəlb ediləcəyi də istisna deyil.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












