Sərxoş sürücü ağır qəza törətdi: 3 nəfər öldü

Ağcabədi rayonunda üç nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, avqustun 11-də axşam saatlarında Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində “Chevrolet” markalı minik maşını ağaca çırpılıb, nəticədə Ağcabədi rayon Qaradolaq kənd sakinləri Əliyev Mahir Cəmil oğlu, Muradov Nizami Məhəmməd oğlu və hələlik adı açıqlanmayan daha bir nəfər ölüb, Quliyev Əhəd Mehman oğlu isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs Bakı xəstəxanalarından birinə göndərilib.
Məlumata görə, "Chevrolet Niva" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxıb. Avtomobil gəldiyi sürətlə ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü və 2 sərnişin hadisə yerindəcə keçinib. Bildirilir ki, avtomobilin sürücüsü hadisə vaxtı sərxoş vəziyyətdə olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












