Sərxoş sürücü zəncirvari qəza törədib, xəsarət alan var - FOTOLAR

Paytaxtın Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Tələbə Qəbulu Dövlət Komissiyasının qarşısında qeydə alınıb. Vüsal Rzayev idarə etdiyi “Volkswagen Touareg” markalı avtomobillə hərəkətdə olarkən Səməd Vurğun küçəsindən, qadağan olunmuş istiqamətdə Həsən Əliyev küçəsinə dönmək istəyib. İdarə etməni itirən sürücü avtomobili əvvəlcə qarşısında hərəkətdə olan "Mersedes"ə, daha sonra isə yolun qoruyucu hissəsinə çırpılıb. Zərbə güclü olduğundan "Mersedes" də işıqforda dayanan 23 yaşlı Əhməd Məsimovun idarə etdiyi "Vaz 2106" markalı avtomaşına çırpılıb. Nəticədə "Vaz 2106" nın sürücüsü əl nahiyəsindən xəsarət alıb. Əraziyə Dövlət Yol Patrul Xidmətinin və Nəsimi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Polis əməkdaşlarının apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə səbəb "Touareg"i idarə edən Vüsal Rzayev yol hərəkət qaydalarını pozmaqla yanaşı həmdə avtomobili içkili vəziyyətdə idarə etməsi olub.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
















