"Şəxsi avtomobildən imtina tıxacların açarıdır" - EKSPERT DANIŞDI

"Tıxaclardan bir tədbirlə, bir layihə ilə qurtulmaq mümkün deyil. Biz bütün günü deyirik, çağırırıq ki, gəlin bu məsələni kompleks şəkildə həll edək. İnsanları şəxsi, fərdi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyata yönləndirək". Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Onun sözlərinə görə, səkiləri düzəldək ki, insanlar piyada rahat hərəkət edə bilsinlər. Mikromobilliyi təşviq edək. İnsanları velosipedə, skuterlərə, mopedlərə cəlb edək:
"Bütün bu tədbirlər həyata keçirildikdən sonra şəxsi avtomobildən istifadə azalar və müəyyən qədər tıxacların sayı da azalır. Amma əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil. Çünki hər il 100 mindən çox nəqliyyat vasitəsi ölkəyə gəlir və onların çoxu da Bakıya axışır. Yəni durmadan Bakıda nəqliyyat vasitələrinin sayı artır. Ona görə əvvəlki rahat vəziyyət alınmayacaq. Ən azından indiki vəziyyətin daha da ağırlaşmaması üçün yuxarıda qeyd etdiyim məsələlərə əməl edilməlidir. Hər kəs fərdi avtomobildən istifadə etsə, bu, tamamilə çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Düşünün, bir avtobus 50-60 sərnişin daşıyır. Əgər bu 50-60 nəfərin hər biri öz şəxsi avtomobili ilə hərəkət etsə, küçələr tamamilə iflic olacaq. Metrostansiyaların sayı artırılacaq. 2025-2030-cu illərə qədər 10 yeni stansiyanın tikilməsi planlaşdırılıb. Bu dövrdə stansiyaların sayı daha da artacaq. 2030-cu ilə qədər metroya çatma məsafəsində, yəni 700-800 metr radiusda, stansiyalar olacaq. Əgər vətəndaşları buna təşviq edə bilsək, ancaq bu yolla tıxaclardan və sıxlıqdan qurtula bilərik".
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












