Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

"Aprelin 8-i Xəzər dənizində 5.3 maqnitudada baş verən zəlzələ istər-istəməz bütün layları, blokları tərpədib. Ona görə də afterşoklar davam edəcək".
Avtosfer.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, həmin zəlzələdə 500-dən çox təkan baş verib: "Bu say heç də az deyil. Güclü enerji boşalması gedib. Ona görə də bu proses hələ davam edəcək. Əhali qorxmasın, bu xırda təkanlardır. İçərisində lap güclüsü, maqnitudası 5-dən çox olan zəlzələ ola bilməz. 3-dən yuxarı ola bilər. Ona görə də əhali tərəfindən hiss oluna bilər, ancaq qorxulu heç nə yoxdur. Orada seysmiklik fon səviyyəsinə düşənədək afterşoklar davam edəcək".
Qurban Yetirmişli zəlzələlərin baş vermə səbəbinə aydınlıq gətirib:
"Yerin daxilində hərəkətdə olan tektonik piltələr var. Bu piltələr daxilində baş verən parçalanmalar kiçik və böyük bloklara bölünür. Onların da öz hərəkətləri var. Orada gedən hərəkətlər nəticəsində tektonik blok qırılmalar piltələri parçalayaraq aralayıb. Bunların həm horizontal, həm də vertikal hərəkətləri var. Sıxılma gedir, gərginlik toplanır, güclü parçalanma baş verir. Biz ona zəlzələ ocağı deyirik. Parametrləri müəyyən edirik. Orda enerji ayrılması gedir. Digər tərəfdən də layların genişlənməsi baş verir. O parçalanma nəticəsində laylar dəstəsi düşür. Dalğa formasında bütün mühitə yayılır. Bu tərpənmə nəticəsində xırda parçalanmalar əmələ gəlir. Nəticədə afterşoklar hesabına enerji boşalması gedir".
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA










