Sığortadan pulu gecikənlərin NƏZƏRİNƏ: Təzminat almaq olar

Qəza edən bəzi sürücülər dəymiş zərərin qarşılığını almaq üçün bəzən aylarla gözləməli olurlar. Bir çox zərərçəkən məbləğin az olmasından şikayətlənir.
Avtosfer.az xəbər verir ki, sığorta üzrə mütəxəssiz Emil Ağabağırov bildirib ki, qəza yerinə ilk olaraq yol polis əməkdaşları gəlir.
"Daha sonra avtomobilə dəymiş ziyanı öyrənmək üçün müştəri servisə göndərilir. Servisdə qiymətləndirmə bir neçə gün tuta bilər. Bu həftəsonu və qeyri-iş günlərinə düşəndə isə zaman uzana bilər. Hadisəni təsdiq edən sənədi isə yol polisi göndərir. Bütün sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra 7 iş günü ərzində ödəniş edilir".
Bəs gecikdirən sığorta şirkətləri ilə bağlı qanun nə deyir?
"Əgər hadisə nəticəsində xəsarət alan varsa, müddət bir az uzana bilər. Əgər sığorta şirkəti fərqli səbəblərdən ödənişi gecikdirirsə, qanunvericilikdə bununla bağlı təzminat nəzərdə tutulub. 7 iş günündən sonra yenə gecikmə olarsa, hər günə görə 0.1 faiz nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən qayda təkcə avtomobil sığorta planı üçün yox, daşınmaz əmlaklar üçün də keçərlidir" (milli.az).
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












