Silahlı Qüvvələr Günündə çıxışlar təşkil olunacaq

26 iyun - Silahlı Qüvvələr Günündə Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Hərbi qulluqçular iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" ticarət mərkəzi;
- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;
- Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi;
- Sumqayıt Dənizkənarı Bulvar ərazisi;
- Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektləri;
Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:
- Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);
- Azneft dairəsindəki Dövlət Bayrağı Meydanı;
- Muzey Mərkəzi (Dənizkənarı Bulvar fontanının qarşısı);
- Zabitlər parkı;
- Koroğlu parkı;
- Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanı;
- Fəvvarələr meydanı.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












