“Şimal-Cənub” dəhlizinin şərq qolunun inkişafı üzrə Yol Xəritəsi imzalanıb

Bu gün Aktauda Qazaxıstan, İran, Türkmənistan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə Yol Xəritəsi imzalanıb.
Bu barədə “Report” Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
İmzalanma mərasimi Qazaxıstan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 19-dan etibarən birinci “Şimal-Cənub” nəqliyyat ticarət və ixrac forumunun keçirildiyi Aktau şəhərində baş tutub.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Fars körfəzinin limanlarında sonuncu məntəqə və Hindistana gələcək çıxış imkanı ilə geniş perspektivlər açır. Bu dəhliz marşrutun inkişafı üçün ölkəmizin iqtisadi inkişafının lokomotivlərindən birinə çevrilə bilər. Bu gün İran, Türkmənistan və Rusiya ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə Yol Xəritəsi imzalanıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürmə qabiliyyətini ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdırmağa imkan verəcək.
Forumda 12 ölkədən (Azərbaycan, Ermənistan, Əfqanıstan, Rusiya, Belarus, Türkmənistan, BƏƏ, İran, İraq, Oman, Özbəkistan) 440-dan çox nümayəndə, İqtisadi Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Komissiyasının təmsilçiləri iştirak edirlər.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












