"Şimal-Cənub"un qərb marşrutu üzrə daşımalar artıb" - Səfir

Azərbaycandan keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yük daşımaları bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 31 % artıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib. O, bunun son hədd olmadığını əlavə edib.
Yük daşımalarının həcmi dəqiqləşdirilməyib.
Diplomat xatırladıb ki, Azərbaycanda "Şimal-Cənub" nəqliyyat dəhlizinin dəmir yolu və avtomobil seqmentləri tam reallaşdırılıb və uğurla fəaliyyət göstərir.
"Azərbaycan öz tərəfindən infrastrukturunun daha da təkmilləşdirilməsi üçün bütün zəruri tədbirləri görür", - deyə R.Mustafayev qeyd edib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ildə təsdiqlənmiş 2024-2026-cı illər üçün tranzit yükdaşımalar üzrə fəaliyyət planı çərçivəsində fiziki infrastrukturun gücləndirilməsi, əməliyyat səmərəliliyinin və koordinasiyanın artırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində innovativ həllər və rəqəmsallaşdırmanın tətbiqi üzrə tədbirlər görülür.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub. Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır. Uzunluğu 7,2 min km olan marşrut Sankt-Peterburqdan (Rusiya Federasiyası) Mumbay limanına (Hindistan) qədər uzanır. “Şimal-Cənub” dəhlizi 3 marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO












