Sınıq-salxaq avtobuslar nə vaxt YENİLƏNƏCƏK? - AÇIQLAMA

Bakının mərkəzi küçələrində yeni, hətta elektrikli avtobuslar xəttə buraxılsa da, Bakıətrafı qəsəbələrdə hələ də istismara yararsız, köhnə avtobuslar fəaliyyət göstərir.
Bu avtobuslar təkcə köhnəliyi, tutacaqlarının olmaması, narahatlığı ilə yox, həm də sərnişin tutumuna görə əlverişsizdir. Bakıətrafı qəsəbələrdə yaşayanlar gur saatlarda dayanacaqda sınıq-salxaq avtobusları gözləməyə xeyli zaman sərf edirlər.
Belə halların ən çox yaşandığı qəsəbələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Suraxanı rayonu Hövsan qəsəbəsidir. Biləcəri qəsəbəsindən Bakı Beynəlxalq Avtovağzal istiqamətində və ya əksinə hərəkət edən 91 nömrəli avtobus və Biləcəri qəsəbəsi Memar Əcəmi metrostansiyası üzrə hərəkət edən 92 nömrəli marşrut avtobusları, eləcə də Hövsan qəsəbəsindən Suraxanı qəsəbəsinə hərəkət edən 161, qəsəbədən “Neftçilər” metrostansiyasına hərəkət edən 103 nömrəli marşrutlar da köhnə avtobuslardır.
92 nömrəli avtobuslarda 2025-ci il olduğunu xatırladan yeganə amil ödənişin kart sisteminə keçməsidir. 91, 161 və 103 nömrəli marşrut avtobusunda isə sərnişinlər hələ də ödənişi nağd şəkildə edirlər. Üstəlik 91 nömrəli marşrut avtobusu mikro avtobus olduğu üçün sərnişinlərin hamısını vaxtlı vaxtında daşımaq iqtidarında deyil.
Ötən il avtobuslarda gediş haqqı artırılarkən artıq bu tipli avtobusların da yeniləcəyi vədi verilmişdi. Lakin hələ də insanlar qəsəbənin tıxaclı yollarını ayaqüstə və dayaqsız formada getməyə məcburdurlar.
Problem nə vaxt həllini tapacaq?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yaxın zamanda 91 nömrəli marşrut avtobusları yenilənəcək:
“Xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunmadığı üçün 91 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sözügedən marşrut üzrə hüquqi şəxs “Çinar-Trans” MMC qalib elan olunub. Yaxın zamanda yeni daşıyıcı xidmətə başlayacaq”.
Qeyd edilib ki, marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır:
“Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Bu işlər çərçivəsində 92, elləcə də digər qeyd edilən marşrut xəttlərinə də baxılacaq”.(Bizim.media)
Buzovna qayalığında növbəti iməcilik; sakinlər abidəni qorumağa çalışırlar – VİDEO
Ödənişli Şuşa yolu istifadəyə verildi - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Günəşdə ikinci güclü partlayış olub
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ! - Sabahdan…
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Yeni enerji müqavilələri Azərbaycanın iqtisadi mövqeyinə necə təsir edəcək? - Ekspert AÇIQLADI
Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA
Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma gücü 5 dəfə artırıldı – ADY sədri
Taksi sürücüsü və sərnişin arasında məbləğlə bağlı problem niyə yaranır? – Ekspert AÇIQLADI - VİDEO










