Şirvanda Polis Günü keçirildi - FOTOLAR

Gündəm 2 İyul 2024 18:54 Oxunub 202
Şirvanda Polis Günü keçirildi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şirvanda “2 İyul – Azərbaycan Polisi Günü” münasibətilə tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, polis və daxili işlər orqanlarının regional şöbələrinin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının işçiləri, polis əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib, Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanlanmış təbrik məktubunu səsləndirib.

Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “2 İyul – Azərbaycan Polisi Günü” münasibətilə polis əməkdaşlarını və veteran polis işçilərini təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə Millət vəkili İltizam Yusifov, Şirvan şəhər prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov və digər çıxış edənlər polis əməkdaşlarını təbrik edib, onlara dövlətçiliyin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin qanuni mənafelərinin müdafiəsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə bir qrup polis əməkdaşı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

Sonda şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov tərəfindən veteran polis əməkdaşlarına xatirə hədiyyələri və şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən şəhərdə fəaliyyət göstərən bir qrup daxili işlər orqanlarının rəhbərlərinə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim edilib.

 







ŞƏRH YAZ
Ad

E-mail

Şərh