Şirvanda qəza: sürücü ağır yaralanıb

Şirvan şəhərində ağır yol qəzası baş verib. Şirvan polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün saat 12.30 radələrində şəhərin 1 may küçəsində ağır avtoqəza baş verib. Şirvan sakini 1982-ci il təvəllüdlü Qocayev Xəqani Yadulla oğlunun idarə etdiyi “VAZ 21074” markalı 19 BB 915 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən Şirvan sakini 1958-ci il təvəllüdlü Qasımov Nazim Nadir oğlunun idarə etdiyi “ZİL 130” markalı 69-53 AQÜ (köhnə) dövlət nömrə nişanlı sudaşıyan avtomobilə çırpılıb. Hadisəyə səbəb yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və minik avtomobilinin sürət həddinin aşdığı göstərilir. Qəza nəticəsində VAZ 21074 markalı avtomobilin sürücüsü Xəqani Qocayev açıq kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğundan Bakı şəhəri neyrocərrahiyyə mərkəzinə aparılması gözlənilir. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ













