“Slavyanka” sudan şikayət edən müştərisinin tələbini təmin etmədi – VƏTƏNDAŞ ŞİKAYƏTİ - FOTO

Yaxın günlərdə redaksiyamıza içməli su satışı ilə məşğul olan “Slavyanka” şirkətinin müştərisi müraciət edib. Onun sözlərinə görə, aldığı 19 litrlik butulkanın içindəki su cəmi iki gün ərzində yaşıl rəng alıb.
Bundan əvvəl də oxşar hallarla bağlı yazmışdıq, lakin bu dəfə yeni məqamlar üzə çıxıb. Anonim müştəri bildirib ki, şirkətdən bir litr su ayrılmasını tələb edib ki, həmin nümunəni öz hesabına müstəqil laboratoriyaya göndərsin və suyun rənginin dəyişməsinin səbəbini öyrənsin.
Bir neçə gün sonra “Slavyanka” həqiqətən də ona analiz nəticələrini təqdim edib, lakin sənəd ciddi şübhələr doğurub. Hesabatda yalnız suyun “normaya cavab verdiyi və istifadəyə yararlı olduğu” qeyd edilib. Halbuki əsas məsələ — suyun niyə yaşıl rəng alması — araşdırılmayıb. Daha da maraqlısı, analiz məhz “Slavyanka”nın öz laboratoriyasında aparılıb ki, bu da onun obyektivliyinə kölgə salır.
“Mətnin üzərində nə möhür, nə də imza var. Sadəcə beş dəqiqəyə çap edilə biləcək bir kağızdan ibarətdir”, — deyə müştəri bildirib.
Onun sözlərinə görə, əvvəlcə şirkət nümayəndələri bir gün ərzində imzalı və möhürlü rəsmi sənədin kuryer vasitəsilə göndəriləcəyini vəd ediblər. Lakin üç gün keçməsinə baxmayaraq, vəd yerinə yetirilməyib, daha sonra isə ümumiyyətlə belə bir sənədin təqdim olunmasından imtina edilib.
Müştəri təkrar olaraq müstəqil ekspertiza üçün bir litr su tələb etdikdə isə tam gözlənilməz cavab alıb: “Bütün su istifadə olunub.”
“Doğrudanmı? Axı 19 litr su bu qədər tez necə tükənə bilər?” — deyə müştəri sual etdikdə isə şirkətdən hansısa cavab ala bilməyib.
Hadisə haqlı olaraq şübhələr doğurur: ola bilsin ki, şirkət problemi gizlətməyə və saxta analiz nəticələri təqdim etməyə çalışıb. Əgər iddialar təsdiqlənərsə, bu, istehlakçıların aldadılması və keyfiyyətsiz suyun satışa çıxarılması demək olacaq. Faktla əlaqədar əldə etdiyimiz yeni məlumatları sizə təqdim edəcəyik
Fidan

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












