SOCAR: Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı sönməyə doğru gedir
Gündəm
5 İyul 2021 10:10

İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.
SOCAR-dan Avtosfer.az-a verilən məlumata görə, bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdi. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb. Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.
Oxunub : 1272
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
ŞƏRH YAZ












