SOCAR: Ermənistan AB-nin də enerji təhlükəsizliyinə ciddi təhlükələr yaradır
Gündəm
7 Oktyabr 2020 00:31

"Azərbaycanın Baş Prokurorluğuna istinadən bəzi KİV-lərdə yayılmış xəbərdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir: "Boru kəmərinin operatorundan aldığımız məlumata görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir. BTC boru kəmərinin paydaşları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla, Ermənistan təkcə bizim ölkənin deyil, Avropa Birliyinin də enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır. Bu təhdid yeni deyil, sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu.
Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir. Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas faktordur. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə faktor kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək".
Oxunub : 1534
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
25 Sentyabr 2026 11:30
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
25 Sentyabr 2026 11:00
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
25 Sentyabr 2026 08:18
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
ŞƏRH YAZ












