Şok qərar: rayon maşınları Bakıya buraxılmayacaq

Bakıda tıxacları aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi mühüm qərar qəbul edib. Avtosferö.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, bundan sonra rayonlardan Bakıya gələn avtomobillər şəhərə buraxılmayacaq. Nazirlik bunu rayonlardan gələn sürücülərin bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də şəhərdə qəzalar törətməsiylə izah edirlər. Nəqliyyat Nazirliyindən bildirirlər ki, problemin həlli istiqamətində artıq layihələr də var. Belə ki, Bakıda rayondan gələn avtomobillərin park edilməsi üçün xüsusi dayanacaqlar yaradılacaq. Yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq. Rayondan gələn sürücü maşını burada qoyacaq və istədiyi yerə ictimai nəqliyyat, yaxud taksiylə gedəcək. Nazirlikdən bildirilir ki, bu paytaxtda tıxacların azalmasına səbəb olacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, hələlik bu addım məcburi yox, könüllü xarakter daşıyır. “Hələlik bu məcburi deyil, könüllüdür. Lakin belə davam edərsə, bunu məcburi şəkildə edəcəyik”, - deyə N.Həsənov bildirib.
Ekspertlər isə bunu məcburi tətbiq etməyi uğursuz addım hesab edirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənovun “anspress”-ə verdiyi məlumata görə, ümumiyyətlə bu addım insanlara xeyirdən çox zərər verəcək: “Rayondan Bakıya gələnlərin məqsədləri müxtəlif olur. Bəziləri şəhərə xəstə, bəziləri kənd təsərrüfatı məhsulları gətirir. Onlar öz avtomobillərilə Bakıya gələndə, çəkdikləri xərc də az olur. Lakin onlar şəhərə buraxılmadıqda məcbur olacaqlar ki, əlavə xərc çəksinlər”.
Ekspertin fikrincə, belə bir ideya varsa, bu könüllü olmalıdır. Bundan başqa, bu layihə hazırlanarkən kiçik nüanslar nəzərdən qaçmamalıdır. “Həmin dayanacaqlardan şəhərin istənilən nöqtəsinə ictimai nəqliyyat işləməlidir. Bu nəqliyyat vasitələri də kifayət qədər ucuz olmalıdır. Yəni həmin nəqliyyat vasitələri dövlət tərəfindən təşkil olunmalıdır. Əgər belə olarsa, bəlkə o zaman bu ideya öz bəhrəsini verər”, - deyə Azər Allahverənov əlavə edib. Ekspertin sözlərinə görə, bu addım tıxacın azaldılmasına çox az şəkildə təsir edəcək: “Düşünürəm ki, bunu geniş şəkildə yox, sadəcə pilot layihə kimi həyata keçirtmək olar. Yəni şəhərin girişlərində dayanacaqlar qurmaq olar. Yəni bunu məcburi etmək olmaz”.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












