Sola dönəcəksənsə sağda nə işin var – QƏZALARDAN VİDEO

Avtosfer.az saytı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» İdarəsinin kameraları vasitəsilə qeydə alınan daha iki yol qəzasının videogörüntüsünü təqdim edir. Birinci toqquşma 3-cü mikrorayon dairəsindən Mərkəzi Hərbi Hospitala tərəf gedən yolda – Ceyhun Səlimov küçəsində baş verir. Hər iki «Mersedes» kobud qayda pozuntusuna yol verdiyi üçün qəza törədirlər. Çünki onların heç biri bu yolda düzgün mövqe seçməyiblər. Yəni, hər iki nəqliyyat vasitəsi yolda hərəkətdə olarkən nə edəcəklərini əvvəlcədən bilmirlər. Ağ «Mersedes»in sürücüsü deyəsən bu prinsiplə maşın sürür ki, dönmək üçün yer görən kimi sükanı döndərib dönmək lazımdır. Daha ətrafa baxmaq, yan və arxa güzgülərdən istifadə etməyə ehtiyac yoxdur. Amma əlbəttə, bilənlər bilir ki, sükan arxasında yol hərəkətinə bu cür yanaşma doğru deyil.
Bu qəzanın oxşarı olan digər görüntü isə Babək prospektində qeydə alınıb. Yolun solu ilə hərəkət edən «Mersedes» sağdan sola manevr edən «Cip»lə toqquşub səkinin üstünə çıxır. Əlbəttə, burada diqqət edilsə, hər iki sürücüdə günah var. Çünki «Mersedes» düzünə gedəcəkdisə, sürücü sağ zolaqla hərəkət etməli idi. «Cip»in sürücüsü isə sola dönəcəyi təqdirdə ikinci cərgədə hərəkət etməməli idi. O, əvvəlcədən sol zolağa keçməli və ya sola dönərkən yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmamasına diqqqət etməli idi. Lakiq biz görüntülərə diqqətlə baxdıqda görürük ki, onların hər ikisi yan-yana hərəkət edirdilər və «Cip»in sürücüsü sanki qəsdən sola hərəkət edib «Mersedes»i vurdu.
Hər bir halda, düşünmədən və anidən verilən qərarlar istər yol hərəkətində, istərsə də digər sahələrdə ağır nəticələrə gətirib çıxarır.
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















