SOMDA-nın şəxsi heyəti Fəxri xiyabanı ziyarət ediblər - FOTOLAR

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) rəhbərliyi və şəxsi heyəti 12 dekabr - anım günü münasibətilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Avtosfer.az xəbər verir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor Sərdar Səfərovun rəhbərliyi ilə Agentliyin əməkdaşları Fəxri xiyabana gedərək müstəqil və müasir Azərbaycanın qurucusu, xalqımızın xilaskarı ulu öndərin məzarının önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. Sonra anım tədbiri Agentliyin konfrans zalında davam edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Agentliyin rəisi, general-mayor Sərdar Səfərov ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrün ölkəmizdə həyatın bütün sahələrində inkişaf, quruculuq dövrü kimi tarixə düşdüyünü qeyd edib, onun zəngin rəhbərlik təcrübəsinin müstəqilliyimizin ilk illərində qarşıya çıxan problemlərin həllində mühüm rol oynadığını diqqətə çatdırıb.
Ulu öndərin qısa zaman kəsiyində sabitliyi, əmin-amanlığı bərqərar etdikdən sonra iqtisadi dirçəlişimizin əsasını qoyan “Əsrin müqaviləsi” ilə Azərbaycanı dünyada söz sahibi etdiyini, etibarlı tərəfdaş kimi tanıtdığını deyən natiq, ölkəmizi parçalamaqdan, bölünməkdən qorumağın vahid bir ideologiya əsasında mümkünlüyünü böyük uzaqgörənliklə müəyyənləşdirən ümummilli liderin Azərbaycançılıq ideologiyası ilə xalqımızı bir bayraq altında birləşdirdiyini vurğulayıb.
Qeyd olunub ki, ümummilli liderin ən böyük arzusu qan tökülmədən, itki vermədən Vətən torpaqlarının işğaldan azad olunması idi. Lakin ikili standartların meydan suladığı dünyanın reallıqları və ömür ona ideyalarını sonadək həyata keçirməyə imkan vermədi. Ulu öndər inadından, inamından güc alan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək düz beş il öncə XXI əsrin hərb tarixinə əbədi həkk olan qələbəyə imza atdı. 2023-cü ildə keçirilən antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi, Xankəndidə üçrəngli bayrağımız dalğalandı, ata vəsiyyəti yerinə yetirildi. Tədbirdə iştirak edən digər çıxışçılar ərazi bütövlüyünə, suverenliyinə qovuşan ölkəmizin ulu öndərin siyasi varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcəyinə inamlarını ifadə edib, gələcək nəsillərin müstəqil, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə daim fəxr edəcəklərini vurğulayıblar. Sonda ümummilli liderə həsr olunmuş sənədli film nümayiş olunub.
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI













