Sosial şəbəkələrdə “bəyənmədim” düyməsi niyə yoxdur? – Ekspert AÇIQLADI

2004-cü ildə ilk dəfə “FacebooK” sosial şəbəkəsi qurulduğu zaman hər bir funksiya olduqca sadə və cəlbedici görünürdü. İnsanlar üçün bu yenilik sosiallaşma üçün yeni mühitin yaranmasına gətirib-çıxardı. Azərbaycanda bu sosial şəbəkə daha çox 2006-2008-ci illərdə məşhurlaşdı. Bu dövrdə artıq ölkəmizə də yeni imkanlara malik mobil cihazlar ayaq açdı və əhali daha çevik vasitələrdən sosiallaşma yollarına üz tutdu.
Avtosfer.az xəbər verir ki, “Facebook”un özü ilə gətirdiyi ilk əlverişli funksiya insanların bir-birlərinin paylaşımına münasibət bildirə bilməsi oldu. Yəni, əgər hansısa yazını, video və ya fotonu bəyənmək istəyirsənsə, bunun üçün “Like” düyməsi əlavə edilmişdi və bununla insanlara dəstək vermək olurdu. Həmin dövrdə eyni zamanda xoşagəlməz paylaşımlara “Unlike” kliki ilə də münasibət bildirmək mümkün idi. Lakin artıq uzun illərdir ki, “YouTube”dən başqa heç bir sosial platformada “unlike” düyməsi yoxdur. Bu isə qlobal ictimaiyyətdə sosial şəbəkələrin insanları manipulyasiya etməsi düşüncəsini yaradıb.
Mövzu ilə bağlı informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Ababsov Avtosfer.az-a açıqlamasında bildirib ki, 20 ildən çoxdur ki, “Facebook” şəbəkəsi var. “Facebook” ilk əvvəlcə sosial şəbəkə kulturasını başlatmaq məsuliyyətini öz üzərinə götürdü.
![]()
“Burada şəbəkənin funskiyaları ilk veb-2 modeli üzərində qurulmuşdu. Yəni ki, hər hansı bir saytda iştirakçı olma metodologiyası tədbiq olunmuşdu. Bu sosial şəbəkədə hər hansı bir fikir müstəvisində çıxış edən şəxsin fikrinə dəstək olaraq, motivasiya vermə, emosiya bildirmə funksiyasında əvvəlcə bəyən və ya bəyənmə funksiyaları əlavə edilmişdi. Amma daha sonra hansı ki, sosial şəbəkə institutları bunun üzərində daha da təkmilləşdirmə apararaq referans düyməsi kimi çıxış edirdilər. Burada daha çox aqresiyanı azaltmaq və insanları müsbət fikrə dəvət etmək üçün onlar daha müsbət emosiyaları öz funksiyalarına gətirdilər.
Əvvəl hər ifadə bir düymə idi, daha sonra bu bir düymə altında cəmləşdi. O bdüyməyə basılı tutanda biz 7-8 emosiya görürük və ya onun yanında bir işarə olaraq bizə bir qutucuq açılırdı və orada daha çox seçimlər gəlirdi.
Yəni, hal-hazırda sosial şəbəkələrin bizə bir buton altında təqdim etdiyi emosiyaları seçərək bildirə bilirik. Həyəcan, sevinc, dəstək və s. “LinkedIn”ə baxsaq, burada yalnız dəstək verirək. Orada daha çox korporativ yönümlü bir sosial şəbəkə olduğu üçün bu cür butonlara xüsusi məna verilibdir.
“Dəstək verirəm”, “çox bəyəndim”, “bəyəndim” kimi motivativ dəstək var. Amma orada aqresiv dəstəklərə tamamilə icazə verilmir. Yəni “bəyəndim” kimi dəstək göstərmək olur, “unlike” anlayışı ümumiyyətlə yoxdur.
Amma “Facebook” və diyər ümumi, yəni spesifik olmayan, hansı ki, “LinkedIn” spesifikdir, amma ki, digər sosial şəbəkələr ümumi sosial mühiti əhatə edirlər. Burada artıq yanaşma belədir ki, siz öz emosiyalarınızı daha geniş bir sektorda ifadə edə bilirsiniz.
Yəni ki, “bəyənmədim”, “acıqlandım”, “əsəbidir” ifadələrini belə ümumilik xarakterizə edən şəbəkələrdə qeyd edə bilirsiniz”.
Səfər














