Sosial şəbəkələrdə gündəm olan işıqforla bağlı rəsmi açıqlama - FOTO

Azərbaycanda çəkildiyi deyilən işıqfor görüntüsü gülüş doğurub. Belə ki, sosial şəbəkədə yayılan görüntülərdə qurğunun sellofanla "təmir edildiyi" əks olunub.
Fonda yer alan dondurma soyuducusunun üzərindəki reklam yazısı fotonun Azərbaycan çəkildiyindən xəbər verir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev müzakirələrə səbəb olan işıqforla bağlı məsələyə aydınlıq gətirib.
Qurum Rəsmisi açıqlamasında bildirib ki, işıqforu vətəndaş "sellofana" salıb və daha sonra dövlət qurumuna məlumat verib: "Hadisə ötən həftənin şənbə günü Tərtərdə olub. Həmin gün hava şəraiti yağışlı və küləkli olduğundan işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Bunu görən yaxınlıqdakı mağaza sahibi ora gələrək işıqforun ekranını sellofana bükərək yuxarıdan asıb və yol polisinə bu barədə məlumat verib.
Yarım saat ərzində idarənin əməkdaşları yaxınlaşaraq problemi dərhal həll ediblər. Sadəcə işıqforun fotoları sosial şəbəkələrdə paylaşıldığından müzakirələrə səbəb olub".
(olke.az)
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













