Sosial şəbəklərdə yayılan mənfi xəbərlər: Yazaq, yoxsa... - Ekspert rəyi

"Azərbaycan dünyada intihar göstəricilərinə görə ən aşağı yerlərdə olan ölkələrdəndir".
Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov son günlər paytaxtda baş verən intihar hallarından danışarkən deyib.
Elnur Rüstəmov bildirib ki, intihar xəbərləri daha çox sosial şəbəkələrdə yayılır, lakin bu doğru deyil:
"Bu məlumatlar insanların xeyrinədir? Yaxud da intihar risklərini azaldır? Xeyir, bu məlumatlar daha çox psixoloji sarsıntılar, gərginlik və daha çox narahatçılıqlar yaradır. İntihar xəbərlərini mətbuata çıxartmaq olmaz. Biz hələ bilmirik ki, baş verən intihar hadisəsidir, ya yox. Bizim əlimizdə dəqiq məlumat yoxdur ki, doğrudan abituriyentin valideyni ilə arasında problem olub ya yox. Yaxud intihar edənin başqa bir adamla problemi olub? Hadisə hansı şəraitdə baş verib? Bunu yalnız istintaqdan sonra bilmək olar”.

Psixoloq cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib:
"Fiziki sağlamlıq qədər psixoloji sağlamlığın da qeydinə qalmaq lazımdır. Şəxslər arasında münasibətlər normal olmalı, insanların bir-birinə diqqəti artmalıdır. Valideyn-övlad münasibətində biz daha diqqətli olmalıyıq. Nəzərə almaq lazımdır ki, biz fərqli cəmiyyətdə, qlobal dünyada, informasiya bolluğunda yaşayırıq. Ancaq yayılan informasiyaların bəziləri yalnışdır. Bu, insanların psixologiyasına mənfi təsir göstərir. Hər məlumatı mətbuata çıxartmaq olmaz. İntihar edən də bu cəmiyyətin bir üzvüdür. O da bizdən biridir. Getdi intihar elədi, bəs hansı səbəbdən intihar elədi? Biz bunu bilmirik. Bizdə problem milli- mənəvi dəyərlərə olan təzyiq səbəbindən yaranıb”.
Psixolq hesab edir ki, bu səbəbdən valideyn-övlad, ər-avrad, ailə münasibətlərində problem yaranıb:
"Bu da insanlarda psixoloji problemlərə səbəb oldu. Ona görə də biz gələcəyimzi dəyərlər üzərindən formalaşdırmalıyıq”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












