"Sovetski"nin hansı əraziləri söküləcək? - FOTO

Prezident İlham Əliyevin yanvar ayında imzaladığı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı sərəncamdan sonra paytaxtın bir sıra ərazilərində dəyişiklik gözlənilir. Bu ərazilərdən biri də məhz Yasamal rayonunda "Sovetski" adlanan ərazidir.
Avtosfer.az xəbər verir ki, 2014-2016-cı ildə ilkin mərhələsi tamamlanan işlərin proqram çərçivəsində növbəti 5 ildə digər hissələri də söküləcək. "Sovetski" ilə bağlı yayılan xəbərlərdən biri də odur ki, növbəti mərhələdə Mirzəağa Əliyev küçəsi ilə Nizami küçəsi arasındakı məhəllələr, əsasən Təzəpir məscidinin ətrafında söküntü işləri yaxın dövrdə başlanacaq.

Bu həm də “Mərkəzi park”ın davamı olaraq da layihəyə əlavə edilib. Vətəndaşları bu məsələdə narahat edən bəzi küçələr və orada yerləşən tarixi əhəmiyyətli binalar var. bunlardan biri Rostropoviçlər küçəsində yerləşən tarixi yaşayış binasıdır. Bu binada hələ sərəncamdan əvvəl bəzi söküntü işlərinə başlanması ilə bağlı videolar yayılmışdı. Lakin ictimaiyyətin kəskin reaksiyasından sonra işlər dayandırıldı. Digər vacib binalardan biri isə Zülfü Adıgözəlov küçəsindəki İbrahim Əbilov adına Mədəniyyət Mərkəzidir. Bu bina ətrafındakı uzun çəkən müzakirələrdən sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məsələyə aydınlıq gətirib.
.jpg)
Belə ki, "Əbilov klubu"nun binası sökülməyəcək, "yeni aşkar edilmiş" abidə kimi müvafiq siyahıya salınacaq. Keçmiş "Sovetski" (və ya Bayırşəhər) ərazisində yerləşən bu tikili növbəti söküntü ərazisinə düşdüyü üçün onun taleyi qaranlıq görünürdü.
Məsələ ondadır ki, bir əsrdən çox yaşı olan bina “yeni aşkar edilmiş” abidə hesab olunacaq. Belə hallarda inkişaf etmiş ölkələrdə memarlıq abidələrinin siyahısına yenidən və əsaslı şəkildə baxılır. Məsələn, ötən il Bolqarıstanın Varna şəhərində 19-20-ci əsrə aid evin illərdir istifadə olunmayan zirzəmisindən 1800 yaşlı heykəl tapıldı və daha sonra aidiyyəti qurumlar ölkənin bütün ərazilərində axtarışlara başladı, tarixi abidələrin siyahısı yenidən tutuldu və dövlətin qoruması altına alındı.
Səfər
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










