Soydaşlarımız Fransanın qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul edib

Soydaşlarımız Fransanın qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, bəyanatda qeyd edilir ki, sentyabrın 30-da Fransa prezidenti Emmanuel Makron Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verib.
Daha sonra Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübutsuz Azərbaycana qarşı böhtan atıb. Bu açıqlamalar dünyada yaşayan bütün azərbaycanlıların kəskin etirazına səbəb olub. Bu bir daha göstərir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.
Bildirilir ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir.
Bəyanatda xatırladılır ki, Fransa 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir.
Həmçinin, müraciətdə Azərbaycanın haqlı olduğu qeyd edilib, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ədalətli yanaşma çağırışı edilib.
Qeyd edək ki, bəyanatı Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Qırğızıstan, Qazaxıstan və s. ölkələrdə yaşayan azərbaycanlılar, eləcə də dost xalqların nümayəndələri də daxil olmaqla, ümumilikdə 44 nəfər imzalayıb.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO











