“Sputnik Ermənistan”dan Azərbaycana qarşı növbəti TƏXRİBAT
Gündəm
7 May 2022 10:56

Erməni əsilli Rusiya vətəndaşı Marqarita Simonyanın başçılıq etdiyi “Sputnik” adlı media anti-Azərbaycan təbliğatı aparmaqda davam edir. Onun Azərbaycandakı təmsilçiləri belə milli maraqlarımıza zidd yayım siyasəti həyata keçirməkdə davam edirlər. Əslində, o Rusiya mediası kimi təqdim edilsə də, onun bir erməni təbliğat maşını olduğu açıq-aşkardır. Demək olar ki, bu “media” orqanı hər fürsətdə yalan məlumatlar yayır. Demək olar ki, onun bütün həlqələri dünyanın hər tərəfində bizə qarşı təbliğat aparmaqla məşğuldur.
Qeyd edək ki, bu dəfə də “Sputnik Ermənistan” daha bir yalan məlumat yayıb. Belə ki, bugünkü sayında Ağdərə ərazisində yük avtomobili və taksinin iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı xəbər yayılıb. Məlumatda qeyd olunub ki, taksini erməni vətəndaşı idarə edirmiş. Yayılmış məlumata görə, yol qəzasının baş verməsinə səbəb yolun dar olmasıdır. Hadisə zamanı xəsarət alanın olmadığı qeyd olunsa da, lakin taksi dərəyə yuvarlanıb. Erməni mediası yük avtomobilinin sükanı arxasında azərbaycanlının olduğuna dair iddia irəli sürsə də, bununla bağlı hər hansı tutarlı fakt ortaya qoyulmayıb.
Təbii ki, bu xəbər də bir daha onu təsdiq edir ki, “Sputnik”də yayılan bütün xəbərlər anti-Azərbaycan, anti-türkdür və yalnız erməni təbliğatına xidmət edir.
demokrat.az
Oxunub : 1118
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
1 Oktyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
ŞƏRH YAZ












