Strasburqda Azərbaycana dəstək aksiyası keçirilib

Strasburqda Azərbaycanın haqq işinə dəstək aksiyası keçirilib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Avtosfer.az-a verilən məlumata görə, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü, oktyabrın 18-də ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində toplaşaraq, Ermənistanın hərbi təcavüzü və işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti və xalqına dəstəyini ifadə ediblər. Gəncə və ölkəmizin digər şəhər və rayonlarında yaşayan mülki əhaliyə qarşı Ermənistanın törətdiyi hərbi cinayətləri qınayan aksiya iştirakçıları qətlə yetirilmiş günahsız vətəndaşlarımız və erməni işğalçıları ilə mübarizədə döyüş meydanında həyatlarını fəda etmiş Azərbaycanın qəhrəman hərbiçilərinin əziz xatirəsini yad ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva bu tarixi günlərdə xalqımızın nümayiş etdirdiyi dəyanət, qətiyyət və birliyi alqışlayıb, dünyanın müxtəlif guşələrində məskunlaşmış soydaşlarımızın hər bir dəstəyinin dəyərli olduğunu vurğulayıb və həmvətənlərimizi xüsusilə yerli mətbuatla təmaslar və eləcə də sosial mediada fəal olmağa çağırıblar.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











