Su anbarını ilanlar basıb: İçməli su üçün təhlükə var? - AÇIQLAMA

Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Yerli sakinlər deyir ki, havaların istiləşməsindən sonra ətrafdakı ilanların sayı xeyli çoxalıb. Təbii ki, onların arasında xeyli sayda zəhərli ilanlar da var.
Bizim.media-nın məlumatına görə, bu, yerli sakinləri, eləcə də digər vətəndaşlarımızı narahat edib.
Narahatlığın bir səbəbi ətrafdakı insanların sancmaq qorxusudursa, digər səbəbi Abşeron yarımadasının böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında suyun hansısa dərəcədə zəhərlənmə ehtimalıdır.
Sakinlərin deməsinə görə, ilanlarla bağlı su anbarının ətrafında hər hansı tədbir də görülmür.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mövqeyini öyrənmək istədik. Lakin gün ərzində qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonuna zəng çatmadı.
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudovla isə mütəxəssis rəyi almaq üçün müracət etdik. Azər Maqsudov narahatçılığa hər hansı bir əsasın olmadığını söylədi:
“İlanlar iki növə bölünür- suda və quruda yaşayanlar. Amma həm suda, həm də quruda yaşayan ilanlar suya heç bir toksiki maddə ifraz eləmir. Ona görə də su hövzələrində və onun kənarlarında ilanların yaşaması heç bir təhlükə yaratmır.
İlanlar yalnız təhlükə hiss edəndə hücum edir, qarşısındakını sancır, zəhərləyir. Amma qeyd olunan şəraitdə ilanlar heç bir təhlükə yaratmır. Su ilanları isə ümumiyyətlə qorxulu deyil. Ona görə də Ceyranbatan su anbarının ətrafında qeydə alınan ilanlar içməli su üçün heç bir təhlükə törətmir”
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











