Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır? – Deputat

Həmsədr ölkələrin iştirakı ilə yenidən hümanitar atəşkəs elan olmasına baxmayaraq, Ermənistan növbəti dəfə atəşkəsi pozaraq dinc əhalini atəş altında saxladı. Bu, bir daha onu göstərir ki, Ermənistan atəşkəsdə maraqlı deyil. Bu hal artıq neçənci dəfədir təkrarlanır. Digər tərəfdən, atəşkəs elan olunmasına baxmayaraq, bu gün də Ermənistana kütləvi silah daşınır. Əgər Ermənistan humanitar atəşkəsdə maraqlıdırsa, onda nə üçün bu qədər silah alır?
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, ümumiyyətlə Ermənistan imitasiya ilə məşğuldur və beynəlxalq hüququn heç bir normasına əməl etmir:
“Hərbi cinayət törətmək, mülki əhalini atəş altında saxlamaq, qətlə yetirmək Ermənistanın dövlət siyasətinə çevrilib. Beynəlxalq təşkilatlar bu cinayət əməllərini dayandırmaq üçün Ermənistana təzyiqləri artırmalıdırlar və Ermənistan bu imitasiyaya son qoymalıdır. Ermənistan otuz ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayır. Buradakı bütün dini, tarixi abidələrimizi, məscidlərimizi dağıdır. İşğal olunan ərazilərdən çəkilən videolardan göstərir ki, buradakı bütün obyektlər, tarixi abidələr dağıdılıb.
Azərbaycan ilk gündən hümanitar atəşkəsə tam əməl etdi. Azərbaycan İşğalla heç zaman barışmayacaq. Ermənistan Azərbaycan torpaqlarından geri çəkilməli, bu ərazidə qaçqın və məcburi köçkün düşmüş insanların öz dədə - baba yurdlarına şərait yaratmalıdır. Belə olduğu təqdirdə bölgədə sülhə nail olmaq olar.
Yuxarıda da qeyd olunduğu kimi son baş verənlər göstərir ki, Ermənistan müharibənin durdurulmasını istəyir, ancaq torpaqların işğaldan azad olunması üçün konkret vaxt və qrafik təqdim etmir.
Ermənistan öz siyasətinə yenidən baxmalı, qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etməyə son qoymalıdır. Belə olduğu təqdirdə, bölgədə sülh və əminamanlıq təmin oluna bilər. Ermənistan verdiyi vədləri, üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir. Bu gün Ermənistan atəşkəsə nail olmaq istədiyini bildirir, eyni zamanda Azərbaycan torpaqlarından geri çəkilmir və xaricdın kütləvi silahların alınmasına davam edir. Qeyd olunanlar bir daha Ermənistanın sülhə nail olmaq və işğal olunmuş torpaqlardan geri çəkilmək niyyətində olmadığını təsdiq edir. Belə olduğu təqdirdə, Azərbaycan adekvat cavab verərək öz torpalqarını və vətəndaşlarını qoruyacaq”.
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT










