Sumqayıt vağzalında 50 manat cərimə məsələsinə rəsmi açıqlama

Sumqayıt Dəmiryol Vağzalının binasının söküntüsünə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun baku.ws-ə verdiyi məlumata görə, hazırda orada müsir standartlara cavab verən yeni vağzal inşa olunur.
"Bundan əlavə Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının istifadəyə verilməsi ilə əlaqədar Sumqayıt Dəmiryol Vağzalı ərazisində köməkçi dəmiryolu xətləri də çəkilib. Hazırda sərnişinlərin qatarları gözlədikləri zaman dayanmaları üçün dayanacaqlar quraşdırılır və platformada üzləmə işləri aparılır”, - deyə Nadir Əzməmmədov bildirib.
Qurum rəsmisi bildirib ki, tikinti işlərilə bağlı əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə vağzalda yeni yeraltı keçid inşa olunur. Sərnişinlər dəmir relslərinə toxunmamaq üçün həmin keçiddən istifadə edə bilərlər.
Nadir Əzməmmədov bəzi kütləvi informasiya vasitələrində bu tələbləri pozanların 50 manat cərimələnməsinə də münasibət bildirib. "Bu informasiya həqiqətə uyğun deyil. Bizim vətəndaşları cərimələməyə ixtiyarımız yoxdur. Sadəcə əməkdaşlarımız orada nəzarət aparır ki, bədbəxt hadisə baş verməsin”, - deyə Nadir Əzməmmədov vurğulayıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












