Sumqayıtda bəzi marşrut xətlərində dəyişiklik edildi – FOTO

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində bəzi marşrut xətlərində dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən oxu.az-a verilən məlumata görə, Bakı - Sumqayıt elektrik qatarının istismara verilməsi ilə əlaqədar DANX Sumqayıt şəhərində sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə operativ tədbirlər həyata keçirib.
Belə ki, tərtib olunmuş proqram əsasında Dəmiryolu yaxınlığından keçən şəhərdaxili marşrutların bir neçəsinin hərəkət sxemində dəyişikliklər olunub. Sumqayıt şəhərində Koroğlu prospekti ilə hərəkət edən 5, 7, 7a, 10, 25, 30 və 39 saylı marşrut avtobusları Üzeyir Hacıbəyli küçəsindən Dəmiryolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək. Sərnişinlər rahat və maneəsiz, vaxt itirmədən Dəmiryolu stansiyasına gələ biləcəklər.
Həmçinin, hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi ciblər və sərnişinlər üçün piyada keçidləri çəkilir. Sərnişinlərə nümunəvi xidmət göstərmək məqsədilə Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq bu kimi tədbirlər həyata keçiriliməkdədir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












