Sumqayıtdakı dəhşətli qəza ilə bağlı YENİ FAKTLAR

Dünən səhər saatlarında Sumqayıt-Bakı yolunda baş verən dəhşətli mikroavtobus qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Avtosfer.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində "Ford Transit" markalı mikroavtobusun sürücüsü Baloğlan Ağakişiyev ağır xəsarətlər alıb. Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən sürücü kəllə-beyin travması alıb və beyin qapağına xeyli qan yığılıb. Həkimlər onun vəziyyətini hələ də ağır qiymətləndirir.
Bildirilib ki, ağır vəziyyətdə olmasına baxmayaraq, B.Ağakişiyev polis nəzarəti altındadır və sağalan kimi məhkəməyə çıxarılacaq və böyük ehtimallar barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Araşdırmalar nəticəsində o da məlum olub ki, B.Ağakişiyevin sürücülük vəsiqəsi avtobus idarə etməyə yol vermirmiş. Həmçinin onun idarə etdiyi nəqliyyat vasitəsinin sərnişindaşıma ilə bağlı qanuni sənədi -lisenziyası olamyıb. Qəzaya düşən "Ford Transit"ə verilmiş lisenziya müddəti 2012-ci ildə başa çatıbmış və həmin vaxtdan sonra lisenziya alınmyıb.
Qeyd edək ki, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR










