Süni intellekt insanlara hansi təhlükəni hazırlayır? - VİDEO

Hazırda marketinq, bank, səhiyyə, təhsil, maşınqayırma, sənaye və digər sahələrdə süni intellektdən istifadə edilir.
Bu gün süni intellekt proqramları sayəsində saniyələr ərzində istənilən mövzuda məqalə yaza, proqramlaşdırma kodları yarada, riyazi tənliyi həll edə, mətnləri dünyanın bütün dillərinə tərcümə edə bilərik.
İKT üzrə mütəxəssis Elvin Abbasov deyir ki, süni intellektin üstün cəhətləri çoxdur.
Amma alimlər fikirləşir ki, hər şeyin bu qədər əlçatan olması sözsüz ki, bəşəriyyət üçün təhlükəli ola bilər. Məsələn, bir məktəblinin və ya tələbənin süni zəka vasitəsilə istənilən mövzuda esse, məqalə, skript, araşdırma materialları hazırlaması vərdiş halını alarsa, insanlar düşünmək və yazmaq bacarıqlarını itirəcək. Bu da əmək və yaradıcılıq sahəsində monotonlaşmaya, rəqabətin olmamasına gətirib çıxaracaq. Bəs bu sahəyə nəzarət edə bilərikmi?
Mütəxəssisin fikrincə, süni intellektdən qorxmaq yerinə doğru istifadə etməli və onu inkişaf etdirməliyik.
Süni intellekt insanı tam əvəz edə bilməsə də, onun bir çox funksiyasını mənimsəyib.
Alimlər hesab edir ki, süni intellektdən daha səmərəli istifadə üçün onun etik davranışını tənzimləyən müddəalar formalaşdırılmalı, nəzarət mexanizmləri işlənib hazırlanmalıdır.
Ətraflı videomaterialda.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












