Süni intellektin inkişafı hansı peşələri sıradan çıxaracaq? - AÇIQLAMA

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaxın 10 ildə süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insanın iş yerini itirəcəyini, yeni səriştələr tələb edən 95 milyon iş yerlərinin açılacağını deyib.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov səsləndirilən iddia ilə bağlı bunları deyib:
“l, ll və lll sənaye inqilabları öz dövrünün çox əhəmiyyətli hadisəsi idi. Bu tarixi proseslərdə dünyada milyonlarla insan öz işini itirdi. I sənaye inqilabında buxarlı matorlar icad olunanda, ll sənaye inqilabında elektrik icad olunanda, lll sənaye inqilabında elektronika icad olunanda bir çox sahələrdə çalışan fəhlələlər, köhnə texnologiyalara əsaslanan peşələr öz fəaliyyətini dayandırdılar. Lakin həmin sənaye inqilablarının hər birindən sonra yeni peşələr yarandı”.
Onun sözlərinə görə, süni intellektin həyatımıza gəlməsi ilə insanlar işsiz qalmayacaq:
“Süni intellektin həyatımıza daxil olması ilə insanların işsiz qalacağını düşünmürəm. Çünki insan var edən, icad edən, inkişaf etdirən varlıqdır. İnsan təfəkkür müstəvisində daha çox işlər görür. Fiziki əmək azaldıqca insan beyin təfəkkürünə daha çox yönəlir. Ola bilər ki, süni intellekt nəticəsində bir çox iş yerləri sıradan çıxıb, aktuallığını itirsin”.
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










