Şurada Ağdam haqqında sənədli film çəkən Belçika təşkilatı ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında qurumun xarici QHT-lər üçün qrant proqramı çərçivəsində maliyələşdirdiyi Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının nümayəndələri ilə görüş keçirilib. Təşkilatın sədri Mişel İvor layihə çərçivəsində görüləcək işlərlə bağlı öncədən müəyyən edilən qrafikə uyğun olaraq ölkəmizdə səfərdə olduqlarını və Ağdam haqqında sənədli filmin çəkilişləri üçün hazırlıqlara başladıqlarını bildirib. “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının sədri Mişel İvor fransız və ingilis dillərində hazırlanacaq filmin əsas məqsədinin işğal altında olan Ağdam haqqında Avropa ictimaiyyətini məlumatlandırmaq və mövcud reallıqları diqqətə çatdırmaq olduğunu deyib. Şura sədri Azay Quliyev layihənin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq ictimaiyyətdə ədalətli və dolğun rəyin formalaşmasına xidmət edəcəyini ümid etdiyini bildirərək filmin çəkilişi üçün bütün növ köməkliklərin göstərilməsinə hazır olduqlarını qeyd edib.
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












