Sürət həddini aşan «099» qaz borusuna çırpıldı; ölən var

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin baş müstəntiqi Famil Həsənovun APA-ya verdiyi məlumata görə, hadisə iyulun 24-də axşam saatlarında rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Rayonun Vel kənd sakini, 1984-cü il təvəllüdlü Ələddin Zakir oğlu Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı, 42 BJ 299 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb. Nəticədə sürücü və onun yanındakı sərnişin, Vel kənd sakini, 1997-ci il təvəllüdlü Rövşən Məhərrəm oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq sürücü Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda sərnişin R.Məmmədovun da vəziyyətinin ağır olduğu bildirilir. İlkin versiya kimi qəzanın “VAZ-21099” markalı avtomobilin manevr edərkən sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq təfərrüatları aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












