Sürətli qatarların son dayanacağı - FOTO

Sentyabr ayının 15-dən etibarən Bakıdan Sumqayıta və əks istiqamətdə yeni qatarlar işə düşəcək. Həmin gündən etibarən iki şəhər arasında fəaliyyət göstərəcək qatarlar şəhərlər arasındakı nəqliyyat problemini aradan qaldıracaq.
Bir müddət əvvələ qədər Sumqayıtın dəmir yolu vağzalı olduqca bərbad vəziyyətdə idi. Onsuz da, istifadə olunmayan stansiyada məcburi köçkünlər məskunlaşmışdılar. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın həmin stansiyadan hazırladığı reportajdan sonra həmin məkana diqqət artmışdı. Bir müddət sonra stansiyada yaşayan qaçqınlara kompensasiyalar verilərək çıxarıldı. Ardınca isə köhnə bina söküldü. Bu gün Sumqayıtda yeni və müasir standartlara cavab verən stansiya tikilir.
Stansiya tikintisi bir qədər zaman alacaq. Ancaq sentyabr ayının 15-dən yeni qatarlar işə düşəcəyi üçün ərazidə apadlıq işləri aparılır. Sumqayıt dəmir yolu stansiyasına gedən Üzeyir Hacıbəyov küçəsində asfalt örtüyü yenilənib. Qatarları qəbul etmək üçün yeni platformalar tikilib. Əsas işlər yekunlaşıb, yalnız kosmetik işlər qalıb.
Stansiyada olduğumuz müddətdə gördük ki, qatarlara giriş üçün turniketlər quraşdırılıb. Bundan əvvəl "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirmişdi ki, qatarlara minik paytaxtda yeni tətbiq olunan "Bakı kart" vahid nəqliyyat kartı ilə həyata keçiriləcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
















