“Sürücü deyir, 1 manat ver, kondisioneri qoşum, AYNA nə etməlidir?” - AÇIQLAMA

Bir neçə gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və digər hallar haqqında AYNA-ya məlumat versinlər.
Vəd olunub ki, sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanuvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.
Bəs avtobuslarda kondisanerlərin istifadə edilməməsi ilə bağlı hansısa tədbir görüləcəkmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-ın suallarını nəqliyyat eksperti Elməddin Muradlı cavablandırıb. O, avtobusların əksəriyyətində nə isitmə, nə də soyutma sistemi var:

“O avtobusların ümumiyyətlə istismar dövrü bitib. Bu gün Bakıda 2000-ə qədər avtobusun rəsmi qaydada xəttə çıxdığını deyirlər. Həm də nazirlik etiraf edir ki, onlardan 1000-i istismara yararsızdır. Bunlar dəyişməlidir. Dəyişəndən sonra isə üzərində dayanmaq olar ki, kondisaner işləsin, təmizlik qorunsun”.
O həmçinin vurğulayıb ki, Bakıda hələ də plana işləyən avtobuslar var:
“Bakıda hələ də plana işləyən avtobuslar var, onlar kart sisteminə keçməyib. Sahibkar avtobusu hansısa sürücüyə verir, sürücü də hər axşam ona pul gətirir. Heç bir nəzarət yoxdur. Həmin avtobuslar ümumiyyətlə qaraja getmir, sürücünün həyətində qalır. Sürücünün isə tibbi müayinəsi aparılmır. Bu cür qüsurlar, nöqsanlar hələ də qalmaqdadır. Buna nəzarət necə edilməldir? Onları cəzalandırmaq, avtobusunu xəttən çıxarmaq lazımdır. Amma çıxarsalar, yerinə nə qoyacaqlar? Ona görə, AYNA məcburdur ki, o avtobusların xəttə çıxmasına razılıq versin. Başqa variant yoxdur. Sıxılmış qazla işləyən avtobusun biri 350 min manat, dizel mühərrikli avtobus təxminən 300-350 min manat civardadır. Dövlət tərəfindən daşıyıcı şirkətlərin üzərinə elektrikli avtobus tələbi qoyulub. Bunun Çin istehsalı olan variantı 600-650 min manatdır. 1000 avtobus nə qədər vaxta gətiriləcək ki, bu problem həll olunsun, avtobuslarda kondisaner olsun? Problemlər boğaza qədərdir. Bunları da qısa müddətdə həll etmək mümkün deyil. Çox çətindir”.
Taksilərlə bağlı qoyulan yeni tələblərə mübasibət bildirən ekspert bəzi taksi sürücülərinin kondisanerdən qəsdən istifadə etmədiklərini düşünür:
“Yeni tələblərə görə, taksilərdə isitmə-soyutma sistemi işlək vəziyyətdə olmalıdır. Taksi şirkətləri aralarında qərar qəbul ediblər ki, ekonom xidmətdə kondisaner istifadəsi olmasın.Amma qanun deyir ki, olmalıdır. Varsa, istifadə edilməlidir. Biri var olmaya, amma var, sürücü qoşmaq üçün əlavə 1 manat istəyir. Bu yanaşma gülüncdür. Qiymətlərlə bağlı onsuz da kifayət qədər artım var. 3 manata gedilən yolu 5-6 manata aparırlar. Benzinin də qiyməti cəmi 10 qəpik qalxıb. Bunlar indi necə deyə bilər ki, kondisaner işlədəndə ziyana düşürük? Bu baxımdan AYNA tövsiyələr verir, xəbərdarlıqlar edir”.
E.Muradlı daşıyıcı şirkətlərin vətəndaşları dövlətlə üz-üzə qoymağa çalışdığını iddia edib:
“Taksi sürücüləri avtomobildə kondisioner ola-ola ondan istifadə etmir. Amma 1000 avtobusda bu sistem yoxdur, nə qoşsun, hara qoşsun? Gətirib vintilyator qoşası deyil ki? Amma taksi pul ver, qoşum deyir. Bu xidmətin keyfiyyətini aşağı salır. Nə qədər ekonom xidmət olur olsun, isitimə və soyutma sistemi olmalıdır. Daşıycı şirkətlər çox böyük səhv edirlər, vətəndaşla dövləti üz-üzə qoymağa çalışırlar. Bunun qarşısı alınmalıdır. AYNA bu məsələdə çox düzgün mövqedədir. Xəbərdarlığı da düzgün formada edib. Vətəndaş tərəfindən nə qədər şikayət gələcəksə, taksi sürücülərinin taleyi də bir o qədər sual altına düşəcək. Daşıyıcı şirkət də, taksi sürücüsü də bu kimi hallara görə məsuliyyət daşıyırlar”.
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev








