Sürücü qəza vəziyyəti yaratdı; ölümcül döyüldü

Mingəçevir şəhərində sürücünün yaratdığı qəza vəziyyəti anlaşılmazlığa və davaya səbəb olub, ağır xəsarət alan var. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Mingəçevir-Aran yolunda qeydə alınıb. Daşkəsən sakini 1975-ci il təvəllüdlü Mustafayev Roman Şükür oğlu idarə etdiyi 99-EB-091 dövlət nömrə nişanlı “BMW” markalı minik maşını ilə qarşıdakı digər bir minik maşınını ötüb keçərkən yolun əks istiqamətində hərəkətdə olan, yəni qarşı tərəfdən gələn Mingəçevir sakini 1980-ci il təvəllüdlü İsmayılov Azər Məsim oğlunun idarə etdiyi 20-BC-377 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilinin yoluna çıxaraq qəza vəziyyəti yaradıb. “VAZ 2107” markalı avtomobil yolun kənarındakı daşlıq əraziyə çıxaraq aşmaq təhlükəsi ilə üzləşib. “Jiquli”nin sürücüsü Azər İsmayılov “BMW”-nin sürücüsü Roman Mustafayevə onun səhvi ucbatından toqquşma anından qaçaraq maşınını aşıracağını bildirərək etiraz edib. Bundan əsəbiləşən Roman Mustafayev, bacısı oğlu 1986-cı il təvəllüdlü İsmayılov Mail Şahismayıl oğlu və maşındakı daha iki nəfər Azər İsmayılovu yumruq və ayaq zərbələri ilə ölümcül döyərək hadisə yerindən qaçıblar. Azər İsmayılov ağır vəziyyətdə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədənlərdən ikisi-Roman və Mail tutularaq istintaqa təhvil verilib. Hadisədə iştirak edən daha iki nəfərin tapılaraq istintaqa təhvil verilməsi üçün iş aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












