Sürücü qəzaya görə dövlət agentliyini məhkəməyə verdi və ...

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" (AAYDA) publik hüquqi şəxs yolda yaranan çökək səbəbindən qəzaya düşən sürücüyə təzminat ödəyəcək.
Avtosfer.az-ın məlumatına görə, bir neçə ay əvvəl gecə saat 23:30 radələrində B.F. idarə etdiyi avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində yaranmış çökəklik səbəbindən qəzaya düşüb.
B.F. AAYDA-nı məhkəməyə verərək vurulmuş maddi zərərin əvəzi olaraq 1153 manatın və mənəvi zərər görə təzminatın əvəzi olaraq 5000 manatın, həmçinin 35,05 manat ödənilmiş məhkəmə rüsumunun, eləcə də hüquqi yardım xidmətləri üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqının, ümumilikdə 6504,53 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Zərərçəkmiş şəxs bildirib ki, Bakı-Quba yolunun 119-cu kilometrliyində Quba şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində "Volkswagen Jetta" markalı avtomobil ilə qəzaya düşüb.
Məhkəmə maddi zərərin əvəzi olaraq 900 manat və əlavə olaraq 33 manat dövlət rüsumunun AAYDA-dan tutularaq, iddiaçıya ödənilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Mənbə: Qaynarinfo.az
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT











