Sürücü yol polisini bu cür şərlədi – FOTOLAR

Mayın 4-də Nobel prospektində Azərbaycan reallığı üçüuuml;n qeyri-adi sayılacaq hadisə baş verib. Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 10 YP 378 dövlət nömrə nişanlı yol polisi avtomobilinin qarşısında yerə sərilmiş piyada bütün prospektdə hərəkəti dayandırıb. Yol polisinin həm də hərəkət istiqamətinin əksinə piyada vurması yoldan ötənlərin müdaxiləsinə səbəb olub. Hadisə şahidlərinin bildirdiyinə görə isə yol polisi yerə uzanmış bu şəxsinidarə etdiyi avtomobili saxlayıb və üstündə heç bir, hətta şəxsiyyətini təsdiq edən sənəd belə olmayan sürücünün idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasına qərar verib. Sürücünün inad və israrları heç bir nəticə verməyib. Evakuatorun avtomobili apardığını görən sürücü isə yolun ortasında polis maşınının qarşısına yıxılıb və polis maşınının onu vurduğunu iddia etməyə, “ağrıdan” çığırmağa başlayıb. Şahidlərin sarkazm dolu reprikaları da şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayan sürücünü inadından döndərməyib. Nəhayət, onunla eyni bölgədən olduğunu deyən tanışının müdaxiləsindən sonra sürücü yolun ortasından qalxıb və polis maşınına minməyə razı olub.
Qeyd edək ki, bu maraqlı hadisə zamanı Nobel prospektində ciddi tıxac yaranıb, hadisə yerinə əlavə polis və post patrul xidmətinin əməkdaşları çağırılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













