Sürücülər niyə avtobusu qapısı açıq idarə edir? - Ekspert səbəbini açıqladı - VİDEO

Paytaxtda 208 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü nəqliyyat vasitəsini qapısıaçıq formada idarə edir. Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
İddiaya görə, artıq üçüncü dəfədir ki, eyni sürücü sərnişin avtobusunu bu şəkildə idarə edir. Hətta birinci dəfə bu halla rastlaşanda avtobusdakı yaşlı xanım avtobusdan yıxılaraq xəsarət alıb.
Ümumiyyıtlə, bu kimi hallarla bağlı son zamanlar istər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdə çoxsaylı şikayətlərə rast gəlirik. Əsasən də Bakıətrafı qəsəbələrə işləyən marşrutlarda sürücülər avtobusları qapısı açıq sürülür. Bəzən sərnişinlər avtobusun qapısından sallanaraq mənzil başına çatmağa çalışır. Sürücünün bu ehtiyatsızlığı və məsuliyyətsizliyi bəzən faciəyə səbəb olur.
Avtosfer.az xəbər verir ki, mövzu barədə Redaktor.az-s danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, avtobusların qapısı açıq idarə edilməsi bir çox səbəblərlə bağlıdır:
"İlk növbədə sürücülərin məsuliyyətsizliyi, səhlənkarlığı, yol hərəkəti qaydalarına qarşı vecsizliyi arzuolunmaz halların baş verməsinə gətirib, çıxarır. Eyni zamanda bəzi avtobuslarda kondisionerlərin quraşdırılmadığı məlumdur. İsti havalar hökm sürdüyü üçün sərnişinlər özləri məcburiyyət qarşısında qalaraq, sürücüdən xahiş edirlər ki, qapını açsın. Amma bu, çıxış yolu deyil. İstənilən halda yol hərəkəti qanunun tələblərinə mütləq şəkildə əməl etmək lazımdır. Qanun avtobusların qapısıaçıq idarə edilməsinə icazə vermirsə, deməli, qayda pozuntusuna yol vermək olmaz. Çünki sərnişinin qapısıaçıq vəziyyətdə sürülən avtobusdan yıxılması, hətta ölməsi ilə nəticələnən hadisələrin dəfələrlə şahidi olmuşuq. Hazırda ərazidə xidmət edən kifayət qədər polis əməkdaşları var. Belə neqativ halların qarşısını almaq üçün hüquq mühafizə orqanlarının əməkdaşları mütləq təbliğat və söhbətlər aparmaqla həmin sürücülər barəsində inzibati tənbeh tədbirləri görməlidirlər".
Tramvayı şəhərin hər yerində görməyəcəksiniz – Yeni nəqliyyat növü ilə bağlı DETALLAR
ABŞ-İran gərginliyi Zəngəzur dəhlizi üçün riskdir - Siyasi şərhçi AÇIQLADI
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA











