Sürücülərə görə xüsusi cihazlar quraşdırıla bilər

Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisdən trend-ə verilən xəbərdə bildirilir ki, bununla bağlı payız sesiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Avtobuslarda sürət həddinə nəzarət edən cihazlar da var və əgər sürücü sürət həddini aşarsa, qısa xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərriki dayanır.
Məsələyə münasibət bildirən millət vəkili Rəfael Cəbraylov da bu qaydanın vacib olduğunu qeyd edib. R.Cəbraylov deyib ki, sürücülərin 8 saatdan artıq işləməsi düzgün deyil: “Azərbaycanda sürücülər gün ərzində 12-13 saat işləyir. Nəzərə alsaq ki, avtomobil özü yüksək təhlükə mənbəyidir və onun sükanın arxasında artıq yorulmuş olan bir insanın olması bu təhlükə mənbəyinin təhlükəsizlik dərəcəsini daha da artırır. Və nəzərə alsaq ki, söhbət kütləvi şəkildə insanların daşınmasından gedir, doğurdan da bu çox məsuliyyət yaradır”.
Avtobus sürücülərinin həm də sürət həddini aşaraq təhlükəli şərait yaratdıqlarını deyən R.Cəbraylov bu məsələlərin texnoloji yeniliklərdən istifadə edərək qarşısının alınmasının tərəfdarı olduğunu bildirib: “Hər bir sürücünün yanına bir nəzarətçi qoymaq çətin məsələdir. Ancaq texnoloji yeniliklərdən istifadə etməklə bu halların qarşısını almaq olar. Bu baxımdan mən Azərbaycanda da sürücülərin fəaliyyətinə nəzarət edən cihazların tətbiq edilməsinin tam tərəfdarıyam”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












