Sürücülərin gün ərzində ən çox POZDUĞU QAYDALAR - CƏRİMƏSİ

Təhlükəsizlik kəmərinin taxılmaması və sükan arxasında telefon istifadəsi ən çox yayılan və eyni zamanda ən təhlükəli yol qaydası pozuntularındandır.
Avtosfer.az-ın məlumatına görə, hər iki pozuntu sürücünün və sərnişinlərin həyatını ciddi təhlükə altına salır və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Bu qaydalara riayət etmənin əhəmiyyəti həm hüquqi, həm də praktiki baxımdan çox böyükdür.
Baş DYP İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Baku.ws”ə bildirib ki, təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır, yəni təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir:
"Dəfələrlə təsdiq olunub ki, yol nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır. Ona görə də mütləq şəkildə qeyd etməliyəm ki, sükan arxasında əyləşən hər bir sürücü təhlükəsiz kəmərindən istifadə etməlidir.
Əgər təhlükəsiz kəmərindən istifadə etmirsə, demək ki, qaydalara qeyri-ciddi yanaşır, öz həyat və sağlamlığını təhlükə altına atır. İstifadə olunmadığı halda həmin qayda pozuntusuna görə 40 manat məbləğində cərimə tətbiq olunur.
Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə müraciətimizi ünvanlayırıq ki, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən istifadə etməsinlər, yəni mobil telefondan istifadə etməsinlər. Çünki mobil telefondan istifadə edildiyi zaman sürücü mütləq şəkildə diqqəti yayınır və bu da yol nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarır.
Biz bununla bağlı öz müraciətimizi dəfələrlə sosial şəbəkə seqmentləri və media subyektləri vasitəsilə sürücülərə ünvanlayırıq. Lakin təəssüflə bildirim ki, xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, bəzi sürücülərin qaydalara biganə və qeyri ciddi yanaşması, mobil telefon istifadə etməsi səbəbindən nəqliyyat vasitəsini idarə edərkən qəzalar qeyd alınır. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün mobil telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Burada əsas məsələ sürücünün cərimə olunması deyil, onun qaydalara riayət etməsi, həyat və sağlamlığının təhlükəsizliyinə biganə yanaşmamasıdır".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










