Sürücülərin nəzərinə; dairəvi yol bağlandı

Bu gündən etibarən Bakı Dairəvi Avtomobil Yolunun 4-cü km-dən 8-ci km-ə qədər, yəni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yerləşdiyi hissədən Sədərək ticarət mərkəzinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Bakı Dairəvi Avtomobil Yolunun bu hissəsində hərəkətin qismən məhdudlaşdırılması təmir işləri ilə əlaqədardır. “Avtovağzal tərəfdən Bakı Dairəvi Avtomobil Yoluna gələndə yolun 4-cü km-dən 8-ci km-ə qədər hissəsi, yəni Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Sədərək Ticarət Mərkəzinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bilirsiniz ki, təmirlərarası müddət deyilən anlayış var. Yəni, bir neçə ildən bir, məsələn 4-5 ildən bir asfaltın sonuncu aşınma qatı götürülməli və təzədən vurulmalıdır. Bu yol da artıq 4 ildən çoxdur ki, istifadəyə verilib. Cənub-qərb istiqamətindən gələn istər minik, istərsə də, ağır yük maşınları Bakı şəhərinə daxil olmadan şimal və əks istiqamətdə hərəkət edir. Nəzərə alsaq ki, bu yolda intensiv hərəkət var. Buna görə də, təmirlərarası müddət prinsipinə uyğun olaraq Bakı Dairəvi Avtomobil Yolunda aşınma qatının götürülməsinə və yenidən vurulmasına ehtiyac var”-deyə P.Mürsəliyev əlavə edib.
Qeyd edək ki, təmir işlərinin yaxın 2 həftə ərzində başa çatdırılması planlaşdırılır.
Nurlan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












