Sürücülərin nəzərinə! - Etibarnamələr ləğv olunacaq, avtomobili belə idarə edəcəksiniz

Sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırkı mexanizminə yenidən baxılması zərurəti yaranır.

Ekspertin sözlərinə görə, avtomobilə “əmlak kimi” verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur:
“Avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır”.
Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını da vurğulayıb:
“İndi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu, yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












