Sürücülərin nəzərinə! Sabah bu küçə və prospektlərə getməyin

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dekabrın 12-də Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə sabah saat 07:00-dan başlayaraq ziyarət başa çatana qədər Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Polisdən həmçinin bildirilib ki, M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M.Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində, M.Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
Sürücülərdən alternativ yollardan istifadə etməyi, ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyi xahiş olunur.
Emin
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












