Sürücülərin yanacaqla bağlı yol verdiyi bu səhv avtomobilə ziyan vurur- ARAŞDIRMA

Nəqliyyat vasitələri sahibləri üçün mühüm xəbərdarlıq edilib. Mütəxəssislər bildirirlər ki, uzun müddət bidon və ya konteynerlərdə saxlanılan benzin və dizel yanacağı mühərrik üçün ciddi risk yarada bilər. Mexaniklərin sözlərinə görə, köhnə yanacaqla avtomobilə yanacaq doldurmaq yanacaq sisteminin sıradan çıxmasına və yüksək təmir xərclərinə səbəb olur.
Avtosfer.az xəbər verir ki, bir çox sürücü ehtiyat məqsədilə yanacağı bidonlarda saxlayır. Lakin həm benzin, həm də dizel yanacağının saxlama müddəti məhduddur və uyğun şərait olmadıqda yanacaq daha tez xarab olur. Konteynerə havanın daxil olması, qapağın yaxşı bağlanmaması və temperatur dəyişkənliyi yanacağın keyfiyyətini azaldır, benzinin oktan ədədi aşağı düşür və tərkibi dəyişir.
Mütəxəssislər qeyd edirlər ki, çirklənmiş və köhnə yanacaq mühərrikin nizamsız işləməsinə, yanacaq filtrlərinin tutulmasına, enjektorların zədələnməsinə və avtomobilin çətin işə düşməsinə səbəb ola bilər. Xüsusilə rütubətli mühitdə saxlanılan yanacağa su qarışması riski daha yüksəkdir ki, bu da mühərrik üçün əlavə təhlükə yaradır.
Köhnə benzini kəskin və qeyri-adi qoxusundan, rənginin tündləşməsindən və qabın dibində çöküntü əmələ gəlməsindən tanımaq mümkündür. Bu əlamətlər müşahidə olunarsa, həmin yanacağın istifadəsi tövsiyə edilmir. Mütəxəssislər bildirirlər ki, köhnə yanacağı təzə yanacaqla qarışdırmaq hər zaman təhlükəsiz deyil və ən doğru seçim onu tamamilə istifadə etməməkdir.
Eltac Zülfüqaroğlu
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ












