Sürücülük vəsiqələri ləğv edilir? – Tam keçid ... - AÇIQLAMA

Texnologiyanın sürətli inkişafı nəqliyyat sektorunda da ciddi dəyişikliklərə səbəb olur. Xüsusilə sürücüsüz avtomobillərin tətbiqi gələcəkdə sürücülük vəsiqələrinin taleyi ilə bağlı suallar doğurur.
Bəs avtomobillər tam pilotsuz idarə olunduğu zaman sürücülük vəsiqəsinin ləğvi mümkün olacaqmı?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, avtonom nəqliyyat vasitələrinin inkişafı sürətli olsa da, proses hələ tam oturuşmayıb:
“Avtomobillərin texnoloji inkişafı onların artıq sürücüsüz idarə olunmasına gətirib çıxarıb. Yəni bəzi modellər sürücü müdaxiləsi olmadan hərəkət edə bilir. Lakin bu sistem hələ tam özünü doğrultmayıb, bir çox problemlər qalmaqdadır. Ona görə də yaxın illərdə tam keçid real görünmür”.
Ekspertin sözlərinə görə, süni intellekt nə qədər irəli getsə də, bəzi situasiyalarda insan müdaxiləsi hələlik zəruri olaraq qalacaq:
“Elə məsələlər var ki, orada insan duyğuları və instinkti vacib rol oynayır. Süni intellekt hələ bu səviyyəyə çatmayıb. Amma gələcəkdə tam avtonom rejim mümkündür. O zaman artıq sürücülük vəsiqəsinə də ehtiyac qalmaya bilər. Bunun üçün isə müəyyən vaxt tələb olunur”.
Mustafayev əlavə edib ki, avtonom avtomobillərin geniş tətbiqi mərhələli şəkildə həyata keçirilməli və təhlükəsizlik tam təmin olunmalıdır.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












