Sürücülük vəsiqəsi ilə bağlı VACİB QƏRAR - 1 ay ərzində ... - VİDEO

Sürücülük vəsiqəsi xarici ölkəyə məxsus olan azərbaycan vətəndaşları, eləcə də müvəqqəti və ya daimi yaşayan əcnəbilər bir aydan sonra mütləq qaydada sürücülük vəsiqələrini milli vəsiqəyə dəyişdirməlidirlər. Əks halda onlar cərimə olunacaqlar. Bu qayda turist kimi gələnlərə də şamil edilirmi?
Avtosfer.az xəbər verir ki, xarici ölkəyə məxsus sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edənlər onu milli vəsiqəyə dəyişməsələr cərimə olunacaqlar. Yol hərəkəti haqqında qanuna görə yalnız Azərbaycan vətəndaşları başqa ölkədə aldıqları vəsiqə ilə ölkəmizdə bir ay avtomobil idarə edə bilərlər. Bu müddətdən sonra milli sürücülük vəsiqəsi alınmalıdır. Əcnəbilər isə Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyata düşdüyü gündən bir ay müddətində xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərlər. Verilən müddətdən sonra milli vəsiqə almayan sürücülər qayda pozarkən aşkar olunduqda yol polisi onlara heç bir cərimə tətbiq edə bilmirdi. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, Konstutusiya Məhkəməsinin yeni qərarı ilə belə sürücülərin də məsuliyyətə cəlb edilməsi mümkün olacaq. Ekspert qeyd edib ki, bu təccrübə dünyanın bir çox ölkəsində mövcuddur. Hətta avropanın bir sıra ölkələrində vəsiqəni dəyişmək üçün heç bir ay vaxt da verilmir. Belə ki, həmin ölkəya daxil olan əcnəbi yaşamaq hüququ alan kimi ondan sürücülük vəsiqəsini dəyişməsi tələb edilir. Bəs Azərbaycanda milli vəsiqə almaq üçün hansı sənədlər tələb edilir? Qeyd edək ki, qanunda nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yenisi ilə birlikdə həmin şəxsə qaytarılır.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












